Filippində polislə atışmada şəhər meri öldürülüb

Digər ölkələr
  • 28 oktyabr, 2016
  • 06:47
Filippində polislə atışmada şəhər meri öldürülüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Filippində nəşr edilən "Gulfnews" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Kotabato əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, merin başçılıq etdiyi silahlı şəxslər üç avtomobildə hərəkət edərək polis nəzarət-buraxılış məntəqəsini atəşə tutub.

Qeyd edək ki, yeni prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsi ilə Filippində narkotik alverinə qarşı genişmiqyaslı güc kampaniyası başlayıb.

44 filmi