Filippində tüğyan edən “Nalji” tropik qasırğası 3,96 milyondan çox insana zərər vurub.
“Report” TASS-a istinadən xəbər verir ki, ölkənin Risklər barədə xəbərdarlıq və Təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatına görə, 150 nəfər qasırğanın qurbanı olub.
Agentliyin məlumatına görə, 1,21 milyon məcburi köçkün 2 094 təxliyyə mərkəzində yerləşdirilib. 355,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib.
Qasırğa 12,9 min evə ziyan vurub, 2,19 mini dağılıb. Eyni zamanda 367 infrastruktur obyektinə dəyən ziyan 2,83 milyard peso (48,18 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir.
Kənd təsərrüfatına dəyən zərər 2,44 milyard peso (41,53 milyon ABŞ dolları) həcmində qiymətləndirilir. Hökumət yardım üçün artıq 136,84 milyon peso (2,32 milyon dollar) ayırıb.