Filippində baş vermiş yol qəzasında ölənlərin sayı 31 nəfərə çatıb - YENİLƏNİB

Filippində baş vermiş yol qəzasında ölənlərin sayı 31 nəfərə çatıb - YENİLƏNİB Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
19 Aprel , 2017 08:40
Filippində baş vermiş yol qəzasında ölənlərin sayı 31 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 19 aprel. REPORT.AZ/ Filippində baş vermiş yol qəzasında ölənlərin sayı 31 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "France Presse" polis nümayəndəsinə istinadən xəbər verib.

Son məlumatda qeyd olunur ki, hadisə zamanı 46 nəfər xəsarət alıb. Onlardan 4-ü ağır vəziyyətdədir.

Hadisə zamanı avtobusda 77 sərnişin olub.

***22:45

Filippinin şimalında sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 24 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Ölkə polisinin məlumatına görə, hadisə yerli vaxtla saat 11:00-da baş verib. Salonunda 50 sərnişinin olduğu avtobus paytaxt Manilanın şimalındakı Nueva-Esixa vilayətinin Karranqlan şəhərinə məxsus Kapintalan kəndində dərəyə düşüb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Avtobus Cənubi İlokos vilayəti istiqamətində hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, qəza sürücünün sürət həddini artırmasından sonra baş verib. 

Son xəbərlər

Orphus sistemi