Filippində 6 bal gücündə zəlzələ olub

Filippində 6 bal gücündə zəlzələ olub Tələfat və ya dağıntılar barədə məlumat yoxdur
Digər ölkələr
5 Avqust , 2017 05:03
Filippində 6 bal gücündə zəlzələ olub

Bakı. 5 avqust. REPORT.AZ/ Filippində 6 bal gücündə zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar Mindanao adasında, yerli vaxtla saat 00:30-da qeydə alınıb.

Zəlzələnin episentri Koronodal şəhərindən 86 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 80 kilometr dərinlikdə olub.

Tələfat və ya dağıntı barədə məlumat yoxdur.  

Son xəbərlər

Orphus sistemi