Bakı. 19 mart. REPORT.AZ/ Filippində sərnişin təyyarəsi pilotun kabinəsində yaranan tüstülənmə səbəbindən paytaxt Manila aeroportuna təcili eniş edib.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində 254 nəfər olub - 241 sərnişin və 13 heyət üzvü.
Layner paytaxt aeroportuna uçuşdan 10 dəqiqə sonra qayıdıb. Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının səbəbi məlum deyil.