Filippində “Facebook” bağlana bilər

Filippində “Facebook” bağlana bilər Filippin ərazisində “Facebook” sosial şəbəkəsinin fəaliyyəti dayandırıla bilər.
Digər ölkələr
1109
29 Sentyabr , 2020 13:35
Filippində “Facebook” bağlana bilər

Filippin ərazisində “Facebook” sosial şəbəkəsinin fəaliyyəti dayandırıla bilər.

“Report” “Manila Bulletin”ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rodriqo Duterte televiziyadakı müraciətində bildirib. Səbəb “Facebook” rəhbərliyi tərəfindən Filippin hökumətinə bağlı bir sıra hesabları qeyri-dürüst məlumat ehtiva etdiyi bəhanəsi ilə bağlanmasıdır.

“Facebook, mənə qulaq asın. Burada işləməyinizə icazə veririk, çünki sizin də yardımlarınıza ümidvarıq. Əgər hökumət xalqın xeyrinə olan nəyisə açıqlaya, yaxud dəstəkləyə bilmirsə, onda sizin bu ölkədə nə işiniz var? Bilirsiniz, üsyanın məqsədi hökuməti devirməkdir. Əgər bizə kömək edə bilmirsinizsə, burada davam etməyinizə icazə verməyin nə mənası var?.. Siz mənim hökumətim üçün qayda qoya bilməzsiniz. Mən sizə burada işləməyə icazə verirəm. Siz mənə hökumətin vəzifələrini izah etməyi qadağan edə bilməzsiniz”, - Prezident deyib.

Ötən həftə “Facebook”un təhlükəsizlik xidməti tərəfindən silinmiş akkountların 57-si Filippin hərbiyyəsi və polisinə məxsusdur, daha 155 profilin isə Çin ərazisindən idarə olunduğu bildirilir. Adıçəkilən səhifələrin dövlət və ya əcnəbi müdaxilələrə yol verməməklə bağlı “Facebook”un siyasi amallarına zidd olduğu göstərilib.

Filippin ordusu isə qeyri-dürüst məlumat yayan akkountların onlara dəxli olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi