Ficidə helikopter qəzaya uğrayıb, bir nəfər ölüb, uşaq və pilot itkin düşüb

Ficidə helikopter qəzaya uğrayıb, bir nəfər ölüb, uşaq və pilot itkin düşüb Ficinin şimal-şərqində - Vanua-Leva adası sahillərində “Robinson” tibbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.
Digər ölkələr
3 Avqust , 2019 12:01
Ficidə helikopter qəzaya uğrayıb, bir nəfər ölüb, uşaq və pilot  itkin düşüb

Ficinin şimal-şərqində - Vanua-Leva adası sahillərində “Robinson” tibbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə avqustun 3-də səhər saatlarında olub.

Bildirilib ki, helikopterin göyərtəsində qadın və onun 2 yaşlı uşağı olub. Helikopter onları Lambas şəhərindəki xəstəxanaya təxliyyə etmək tapşırığını yerinə yetirərkən dispetçerlə əlaqəni itirib. Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində qadının meyiti və helikopterin qalıqları tapılıb.

Fici Hərbi Dəniz Donanmasının komandanı, kapitan Xamfri Tavake bildirib ki, itkin düşənlərin axtarışı davam edir. 

Son xəbərlər

Orphus sistemi