Fələstinin Ramallah şəhərində etirazlar başlayıb - VİDEO
Digər ölkələr
- 15 may, 2018
- 12:09
Bakı. 15 may. REPORT.AZ/ Fələstinin formal paytaxtı olan Ramallah şəhərində etirazlar başlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, etirazçılar İsrail ilə sərhəddəki Beyt El nəzarət-buraxılış məntəqəsi yaxınlığında toplaşıblar.
Etirazçılar çoxlu sayda şinlər yandırıb və israilli hərbçilərə tərəf daşlar atırlar. Qarşı tərəf isə buna silahdan atəş açmaqla və gözyaşardıcı qazdan istifadə etməklə cavab verir.
Qeyd edək ki, ötən gün Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Eyni zamanda bu gün fələstinlilər Nakbanın (Fəlakət) - İsrailin yaradılmasından sonra fələstinlilərin qovulmasının 70 illiyini yad edirlər.
Xatırladaq ki, İsrail hərbçiləri ilə toqquşmalarda artıq 61 fələstinli həlak olub, 2700-dən çox insan yaralanıb.
Fələstinin Ramallah şəhərində etirazlar başlayıb - VİDEO
Son xəbərlər
22:12
"The Hill": Senatdakı respublikaçılar Pit Heqsetin siyasətindən narazıdırlar
Digər ölkələr22:04
Qabriel Martinelli "Arsenal"dan "Əl-Hilal"a transfer olunub
Futbol22:03
İndoneziyada 1700-dən çox şəxs məktəbdə verilən pulsuz nahardan zəhərlənib
Digər ölkələr21:50
Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb
Region21:48
Mahir Emreli "Rakuv"un heyətində altıncı qolunu vurub
Futbol21:42
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Digər ölkələr21:32
Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında əsas mərhələyə yüksəlib
Komanda21:31
ABŞ Kubanın 5 təşkilatına və Raul Kastronun nəvəsinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr21:29