“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu

“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu “Facebook” şəbəkəsinin rəhbərliyi ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminədək kütləvi tədbirlər keçirilməsinə qadağa qoyub.
Digər ölkələr
16 Yanvar , 2021 12:42
“Facebook” vasitəsilə kütləvi tədbirlər keçirilməsinə qadağa qoyuldu

“Facebook” şəbəkəsinin rəhbərliyi ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminədək kütləvi tədbirlər keçirilməsinə qadağa qoyub.

“Report” xəbər verir ki, şəbəkə rəhbərliyinin rəsmi bloqunda yerləşdirilən açıqlamaya görə, həmin qadağa Vaşinqtonda Ağ Ev və Konqres binasının, habelə ştatların qanunverici məclislərinin binaları yaxınlığında keçiriləcək tədbirlərə şamil olunur.

Xatırladaq ki, Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi