“Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı

“Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı “Facebook” cümə günü Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən ofislərini müvəqqəti bağlayıb.
Digər ölkələr
7 Mart , 2020 02:40
“Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı

“Facebook” cümə günü Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən ofislərini müvəqqəti bağlayıb.

Bu barədə “Report” “Sky News” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, üç min nəfərin işlədiyi ofislər işçilərin birində koronavirus aşkarlandığından sonra bağlanıb.

Qeyd edilir ki, koronavirusun aşkarlandığı işçi 24-26 fevralda Sinqapurda səfərdən sonra Londonda yerləşən ofislərin birində olub.

Ofislərdə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi