Eyfel qülləsi personalın tətil etməsi səbəbindən turistlər üçün bağlanıb

Digər ölkələr
  • 01 avqust, 2018
  • 16:18
Eyfel qülləsi personalın tətil etməsi səbəbindən turistlər üçün bağlanıb

Bakı. 1 avqust. REPORT.AZ/ Fransanın məşhur Eyfel qülləsi avqustun 1-dən ziyarətçilər üçün bağlanıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi personalın tətil etməsi göstərilir. 

Qüllənin sabah açılıb-açılmayacağı barədə dəqiq məlumat verilmir. 

Qüllənin rəsmi "Twitter" səhifəsində onun bağlanması barədə məlumat fransız və ingilis dillərində yerləşdirilib.