Venesuelada etirazlar zamanı 970 nəfər saxlanılıb

Venesuelada etirazlar zamanı 970 nəfər saxlanılıb Bakı. 5 fevral. REPORT.AZ/ Yanvarın 21-dən Venesuelada etiraz aksiyalarının təxminən 970 iştirakçısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Digər ölkələr
5 Fevral , 2019 03:29
Venesuelada etirazlar zamanı 970 nəfər saxlanılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Yanvarın 21-dən Venesuelada etiraz aksiyalarının təxminən 970 iştirakçısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero bildirib.

"Yanvarın 21-dən 31-dək etirazlara görə 966 yeni saxlanılmalar, tutulmalar olub", - deyə Romero "Periskop" proqramındakı çıxışın gedişatında qeyd edib.

O, qeyd edib ki, hazırda 700 nəfər həbsxanada saxlanılır. Venesuelada yanvarın ikinci yarısından kütləvi toqquşmalarla müşayiət olunan dövlət əleyhinə nümayişlər keçirilir.

BMT-nin İnsan Haqları üzrə komissarı İdarəsinin məlumatına əsasən, Venesuelada yanvarın 22-dən indiyədək keçirilən etiraz aksiyaları zamanı azı 40 nəfər həlak olub.

Daha əvvəl bildirilirdi ki, Venesuelanın güc strukturlarının əməkdaşları ölkədə dövlət əleyhinə aksiyaların gedişatında təxminən 900 nəfəri saxlayıb. 

Son xəbərlər

Orphus sistemi