Venesuelada etirazlar zamanı 970 nəfər saxlanılıb
- 04 fevral, 2019
- 23:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 fevral. REPORT.AZ/ Yanvarın 21-dən Venesuelada etiraz aksiyalarının təxminən 970 iştirakçısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero bildirib.
"Yanvarın 21-dən 31-dək etirazlara görə 966 yeni saxlanılmalar, tutulmalar olub", - deyə Romero "Periskop" proqramındakı çıxışın gedişatında qeyd edib.
O, qeyd edib ki, hazırda 700 nəfər həbsxanada saxlanılır. Venesuelada yanvarın ikinci yarısından kütləvi toqquşmalarla müşayiət olunan dövlət əleyhinə nümayişlər keçirilir.
BMT-nin İnsan Haqları üzrə komissarı İdarəsinin məlumatına əsasən, Venesuelada yanvarın 22-dən indiyədək keçirilən etiraz aksiyaları zamanı azı 40 nəfər həlak olub.
Daha əvvəl bildirilirdi ki, Venesuelanın güc strukturlarının əməkdaşları ölkədə dövlət əleyhinə aksiyaların gedişatında təxminən 900 nəfəri saxlayıb.