Estoniyanın prezidenti ilk dəfə qadın seçilib
Digər ölkələr
- 03 oktyabr, 2016
- 12:57
Bakı. 3 oktyabr. REPORT.AZ/ Estoniyada üçüncü cəhddə prezident seçilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeni prezident daha əvvəl Avropa Ali Maliyyə Məhkəməsində ölkəsinin nümayəndəsi kimi fəaliyyət göstərən xanım Kersti Kalyulayda olub. Bununla da Estoniya tarixində ilk dəfə qadın prezident seçilib.
Parlamentdə keçirilən səsvermədə prezident seçilməsi üçün namizədin səslərin ən azı üçdə iki hissəsini - 101 səsdən 68-ni toplaması lazım gəlirdi. K.Kalyulayda isə 81 deputat səs verib. Maraqlıdır ki, o, dövlət başçısı postuna yeganə namizəd olub.
Qeyd edək ki, hazırkı prezident Tomas Hendrik İlvesin səlahiyyətləri oktyabrda başa çatır. O, bu postu ikinci dəfə tutduğundan, Konstitusiyaya görə, üçüncü müddətə seçilə bilməzdi.
Son xəbərlər
15:08
Ələt Azad İqtisadi Zonada məlumat mərkəzinin tikintisinə dair danışıqları başa çatır
İnfrastruktur15:05
FAO nümayəndəsi Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olub
Biznes15:04
Mərkəzi Laboratoriyada yem analizlərinin aparılması üzərində işlər görülür
İnfrastruktur14:58
Foto
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edib
Daxili siyasət14:58
Foto
"Formula 2": Azərbaycan Qran-prisində kütləvi qəza olub, yarışda fasilə yaranıb - YENİLƏNİB
Formula 114:57
Azərbaycan 2026-cı ildə tranzit yükdaşımalarının 16 milyon tona qədər artacağını gözləyir
İnfrastruktur14:56
Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb
İnfrastruktur14:55
BMT rəsmisi: Yenilənən Mərkəzi Laboratoriya Azərbaycan iqtisadiyyatının inkişafına fayda verir
İnfrastruktur14:54