Yuxarı

​Estoniya Aİ-ni Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb

Bu barədə Estoniya rəhbəri dəftərxanasının bəyanatında bildirilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Estoniya prezidenti Toomas Hendrik İlves Avropa İttifaqını (Aİ) Mariupolda baş verən hadisə ilə əlaqədar olaraq Rusiyaya qarşı yeni qadağalar tətbiq etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Estoniya rəhbəri dəftərxanasının bəyanatında bildirilir.

"Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının bazar ertəsinə planlaşdırılan növbədənkənar iclasında təcavüzkar və onun tərəfdarlarının cilovlanmasında bizim bir və qətiyyətli olduğumuz öz təsdiqini tapmalıdır", - deyə bəyanatda bildirilir.

İlves bildirib ki, bu, həm də viza qadağası altına düşən siyahının genişləndirilməsi və yeni iqtisadi sanksiyaların nəzərdən keçirilməsi anlamına gəlməlidir.

Xatırladaq ki, şənbə günü Ukraynanın Mariupol şəhərinin yaşayış məntəqələrinin separatçılar tərəfindən yaylım atəşi sistemi ilə atəşə tutulması nəticəsində 30 nəfər ölüb, 95 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi