Əsəd Suriyadakı müharibəni SSRİ-nin faşizmə qarşı mübarizəsi ilə müqayisə edib

Əsəd Suriyadakı müharibəni SSRİ-nin faşizmə qarşı mübarizəsi ilə müqayisə edib "Fərq yalnız onların adlarında və müxtəlif vasitələrdədir, məzmun eynidir"
Digər ölkələr
12 May , 2017 03:07
Əsəd Suriyadakı müharibəni SSRİ-nin faşizmə qarşı mübarizəsi ilə müqayisə edib
RIA Novosti

Bakı. 12 may. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd ölkə xalqının terrorçularla müharibəsini Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində faşizmə qarşı mübarizəsi ilə müqayisə edib.

"Report" xəbər verir ki, bunu o, Qələbə günü Belarus televiziyasına müsahibəsində bildirib. Veriliş cümə axşamı efirə gedib.

"Sizin xalqınızın o zaman apardığı müharibə bizim xalqın bu gün apardığı müharibə ilə eynidir. Fərq yalnız onların adlarında və müxtəlif vasitələrdədir, lakin məzmun eynidir", - deyə Əsəd bildirib.

Son xəbərlər

Orphus sistemi