Ermənistanda 18 yaşlı əsgər intihar edib

Digər ölkələr
  • 15 avqust, 2017
  • 12:37
Ermənistanda 18 yaşlı əsgər intihar edib

Bakı. 15 avqust. REPORT.AZ/ Ermənistanda 18 yaşlı əsgər Abas Sloyan intihar edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Şirak vilayətində, Atsik kəndindəki hərbi hissədə baş verib. 

A.Sloyan asılmış vəziyyətdə tapılıb.

O, yezidi kürdlərinin icmasından olub. Kənd icmasının rəhbəri Karen Nersisyan A.Sloyanın ötən il iyulun 26-da hərbi xidmətə çağırıldığını bildirib. Onun xidməti başa vurmasına təxminən bir ay vaxt qalıbmış.

44 - Tezliklə