Ukrayna Prezident Administrasiyasının əməkdaşının qətlində Ermənistan vətəndaşı şübhəli bilinir

Ukrayna Prezident Administrasiyasının əməkdaşının qətlində Ermənistan vətəndaşı şübhəli bilinir Kiyev polisi dünən ölü vəziyyətdə aşkar olunmuş Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatıya qarşı soyğun məqsədli hücuma görə Ermənistan vətəndaşından şübhələnir.
Digər ölkələr
15 Mart , 2019 18:02
Ukrayna Prezident Administrasiyasının əməkdaşının qətlində Ermənistan vətəndaşı şübhəli bilinir

Kiyev polisi dünən ölü vəziyyətdə aşkar olunmuş Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatıya qarşı soyğun məqsədli hücuma görə Ermənistan vətəndaşından şübhələnir.

"Report" xəbər verir ki, bu barədə qurumun "Facebook"dakı rəsmi səhifəsində məlumat yerləşdirilib.

Bəyanata görə, şübhəli şəxs hələ şəxsiyyəti müəyyən edilməyən başqa bir nəfərlə əlbir olaraq sərxoş halda soyğun məqsədi ilə gecə yarısı A.Buxtatıya hücum ediblər.

Mərhumun baş nahiyəsinə azı dörd zərbə endirilib, ardından hücum edənlər onun mobil telefonunu və bank kartını ələ keçirərək hadisə yerindən qaçıblar.

Ukrayna Prezident Administrasiyasının əməkdaşının meyitini martın 14-ü səhər saatlarında yoldan keçənlər aşkar edib.

Son xəbərlər

Orphus sistemi