Ukrayna Prezident Administrasiyasının əməkdaşının qətlində Ermənistan vətəndaşı şübhəli bilinir
Digər ölkələr
- 15 mart, 2019
- 14:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiyev polisi dünən ölü vəziyyətdə aşkar olunmuş Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatıya qarşı soyğun məqsədli hücuma görə Ermənistan vətəndaşından şübhələnir.
"Report" xəbər verir ki, bu barədə qurumun "Facebook"dakı rəsmi səhifəsində məlumat yerləşdirilib.
Bəyanata görə, şübhəli şəxs hələ şəxsiyyəti müəyyən edilməyən başqa bir nəfərlə əlbir olaraq sərxoş halda soyğun məqsədi ilə gecə yarısı A.Buxtatıya hücum ediblər.
Mərhumun baş nahiyəsinə azı dörd zərbə endirilib, ardından hücum edənlər onun mobil telefonunu və bank kartını ələ keçirərək hadisə yerindən qaçıblar.
Ukrayna Prezident Administrasiyasının əməkdaşının meyitini martın 14-ü səhər saatlarında yoldan keçənlər aşkar edib.
Son xəbərlər
16:02
Zorin: Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi 2-3 həftə ərzində baş tuta bilər
Region
16:01
Foto
Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
Biznes
15:57
Azərbaycanın U-19 millisi Monteneqroya uduzub
Futbol
15:56
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verib
Futbol
15:54
"Birbank Taksit" kartı ilə noyabr alış-verişlərinə əlavə 5 % bonus
Maliyyə
15:50
Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısının genişləndirilməsini razılaşdırıblar
Digər ölkələr
15:50
İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Sosial müdafiə
15:48
Kuşner və Uitkoff noyabrın 12-də Moskvada Putinlə görüşəcəklər
Digər ölkələr
15:42
Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri "İpək Yolu" bəyannaməsini imzalayıblar
Ekologiya