Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub Tələblərin konkret nədən ibarət olduğu açıqlanmır
Digər ölkələr
23 İyun , 2017 05:55
Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub
Courtesy İmage

Bakı. 23 iyun. REPORT.AZ/ Küveyt 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Jazeera" məlumat yayıb.

Pozulmuş diplomatik münasibətlərin yenidən bərpa olunması üçün Qətərdən bu tələbləri yerinə yetirməsi tələb olunur.

Lakin KİV tələblərin konkret olaraq nələrdən ibarət olduğunu açıqlamır.

İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri pozub. Sonradan Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da onlara qoşulub.

Son xəbərlər

Orphus sistemi