Ərəb koalisiyasının aviazərbələri nəticəsində Yəməndə 10-dan çox adam həlak olub

Ərəb koalisiyasının aviazərbələri nəticəsində Yəməndə 10-dan çox adam həlak olub Aviazərbələr hökumət qoşunları və üsyançılar arasında şiddətli qarşıdurmaların yaşandığı Salu şəhərinə endirilib
Digər ölkələr
29 oktyabr 2016 13:01
Ərəb koalisiyasının aviazərbələri nəticəsində Yəməndə 10-dan çox adam həlak olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası Yəmən ərazisinə bir sıra aviazərbələr endirib.

"Report" AFP-yə istinadən xəbər verir ki, hava zərbələri nəticəsində təxminən 15 dinc sakin həlak olub, yeddi nəfər yaralanıb.

Aviazərbələr hökumət qoşunları və üsyançılar arasında şiddətli qarşıdurmaların yaşandığı Salu şəhərinə endirilib. 

Orphus sistemi