Ərəb koalisiyası Yəməni bombalayıb, 19 nəfər ölüb

Ərəb koalisiyası Yəməni bombalayıb, 19 nəfər ölüb Bakı. 25 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası aviasiyasının Yəmənin qərbində yerləşən Hodeyda əyalətinin Beyt əl-Fakih dairəsinin Əl-Məsul rayonuna endirdiyi zərbələr nəticəsində azı 19 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Digər ölkələr
25 Oktyabr , 2018 03:43
Ərəb koalisiyası Yəməni bombalayıb, 19 nəfər ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası aviasiyasının Yəmənin qərbində yerləşən Hodeyda əyalətinin Beyt əl-Fakih dairəsinin Əl-Məsul rayonuna endirdiyi zərbələr nəticəsində azı 19 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Masirah" telekanalının "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

Prezident Əbd Rəbbu Mənsur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası artıq bir neçə aydır ki, mühüm strateji limanın yerləşdiyi Hodeydanı üsyançı husilərdən almağa cəhd göstərir. Lakin hökumətyönlü qoşunlar şəhər üzərində nəzarəti ələ keçirə bilmirlər.

Bundan əvvəl Yəməndə avtobusa endirilən raket zərbəsi nəticəsində 15 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi