Ərəb dənizində Oman, Yaponiya və Tayvanın neft tankerlərinə hücum olub - YENİLƏNİB-3

Ərəb dənizində Oman, Yaponiya və Tayvanın neft tankerlərinə hücum olub - YENİLƏNİB-3 Oman hakimiyyəti Norveçin “Frontline” şirkətinə məxsus “Front Altair” tankerinə Oman körfəzində hücum olduğunu təsdiqləyib.
Digər ölkələr
13 İyun , 2019 13:12
Ərəb dənizində Oman, Yaponiya və Tayvanın neft tankerlərinə hücum olub - YENİLƏNİB-3

Oman hakimiyyəti Norveçin “Frontline” şirkətinə məxsus “Front Altair” tankerinə Oman körfəzində hücum olduğunu təsdiqləyib. 

“Report” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində 3 partlayış olub. 

Bildirilib ki, “Front Altair” tankeri batıb.


*** 12:58

Tayvana aid bir tankerin mənşəyi məlum olmayan bir cisim tərəfindən vurulması nəticəsində 21 nəfər təxliyyə edilib. 

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. 

Yaponiyanın Ticarət Nazirliyi isə Hörmüz boğazı yaxınlığında iki tankerinin hücuma məruz qaldığını bildirib.


*** 12:17

İran Oman körfəzində hücuma məruz qalmış neft tankerlərindən 44 dənizçini xilas edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, tankerlər Birləşmiş Ərəb Əmriliyinin Dəniz Ticarət Əməliyyatları qrupuna aiddir.


*** 10:56

Ərəb dənizində neft daşıyan iki supertankerdə partlayış olub.

“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, məlumatı Livan KİV-i yayıb.

Hadisə Hind okenanının şimalı hissəsində, Ərəb dənizində baş verib.

Gəmi heyətləri hücuma məruz qalmaları barədə həyacan siqnalı veriblər. Onların həyəcan siqnalı Pakistan və Oman tərəfindən qəbul edilib.

Gəmilərin mənsub olduğu dövlət və ya şirkət hələlik məlum deyil. Partlayış nəticəsində xəsarət alanlar, dəyən ziyan və gəmilərin zədələnməsi ilə bağlı da məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi