Ərdoğanla Tryudo arasında telefon danışığı olub

Ərdoğanla Tryudo arasında telefon danışığı olub Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Digər ölkələr
24 Aprel , 2020 01:53
Ərdoğanla Tryudo arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.

Qeyd edilir ki, tərəflər COVID-19 pandemiyasına qarşı mübarizə üzrə beynəlxalq səylər çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Liderlər həmçinin ikitərəfli əlaqələrin vəziyyəti haqqında fikirlər mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi