Ərdoğanla Tramp arasında telefon danışığı olub
Digər ölkələr
- 29 aprel, 2019
- 16:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon söhbəti olub.
“Report” NTV-yə istinadən xəbər verir ki, R.T.Ərdoğan söhbət zamanı Rusiya istehsalı olan “S-400” raket sisteminin idxalı üçün işçi qrupunun yaradılması təklifini irəli sürüb. İkitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparan tərəflər qarşılıqlı ticarət dövriyyəsini 75 milyard dollara çatdırmağı hədəflədiklərini bir daha ifadə ediblər.
Həmçinin Suriyadakı vəziyyət, terrorla mübarizədə bundan sonra da birgə əməkdaşlıq məsələləri müzakirə predmeti olub.
Türkiyə Prezidenti Kaliforniyanın San-Dieqo şəhərində törədilən terror hadisəsini pisləyərək ABŞ xalqına başsağlığı verib.
Son xəbərlər
00:23
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel"lə oyunu səbirsizliklə gözləyirik"
Futbol00:06
Almaniya Seutada böhran səbəbindən sərhəd nəzarətinin müddətini uzadacaq
Digər ölkələr23:49
Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir
Region23:29
Zaxarova: Bakının Rusiya jurnalistlərini axtarışa verdiyi bəyanatlar Moskvanın mövqeyini əks etdirmir
Region23:14
Əraqçi: Son müharibə göstərdi ki, ABŞ hərbi bazalarını belə qoruya bilmir
Region22:52
Əraqçi: Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı
Region22:48
Sabah Ağdaş və Göyçayın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:27
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev Rusiyada nazirin müşaviri vəzifəsindən istefa verib
Region22:26