Ərdoğanla Merkel arasında telefon danışığı olub

Ərdoğanla Merkel arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.
Digər ölkələr
21 iyul 2020 23:37
Ərdoğanla Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata görə, tərəflər söhbətin gedişatında Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Liderlər həmçinin iqtisadiyyat və turizm sferasında ikitərəfli əlaqələrin inkişafı üzrə addımları nəzərdən keçiriblər.

Bunlarla yanaşı, postpandemiya dövründə qarşılıqlı əlaqələr də daxil olmaqla, koronavirusa qarşı mübarizə məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi