Ərdoğanı təhqir etdiyinə görə Bundestaqın vitse-spikerinə cinayət işi açıla bilər

Ərdoğanı təhqir etdiyinə görə Bundestaqın vitse-spikerinə cinayət işi açıla bilər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə Almaniya Bundestaqının vitse-spikeri Volfqanq Kubikiyə cinayət işi açıla bilər.
Digər ölkələr
30 Sentyabr , 2022 12:52
Ərdoğanı təhqir etdiyinə görə Bundestaqın vitse-spikerinə cinayət işi açıla bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə Almaniya Bundestaqının vitse-spikeri Volfqanq Kubikiyə cinayət işi açıla bilər.

“Report” xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Belə ki, Almaniyanın Köln şəhərində yaşayan hüquqşünas Mustafa Kaplan Ərdoğanın adından Kubikini təhqir və böhtana görə məhkəməyə verib. Yeddi səhifəlik məktub yerli yurisdiksiya vasitəsilə Hildesheim şəhərinin prokurorluğuna təqdim olunub.

Daha əvvəl Bundestaqın vitse-spikerinin Türkiyə liderinin ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, partiyasının Aşağı Saksoniyada keçirilən seçkiqabağı kampaniya zamanı Kubiki Ərdoğanı tənqid edib və Türkiyə hökumətini “miqrant böhranını qəsdən yaratmaqda” ittiham edib.

Son xəbərlər

Orphus sistemi