Ərdoğan və Dodon əməkdaşlığı müzakirə etdilər

Ərdoğan və Dodon əməkdaşlığı müzakirə etdilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı İqor Dodonla telefon danışığı aparıb.
Digər ölkələr
26 Sentyabr , 2020 02:27
Ərdoğan və Dodon əməkdaşlığı müzakirə etdilər
Rəcəb Tayyib Ərdoğan və İqor Dodon

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı İqor Dodonla telefon danışığı aparıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Admnistrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.

Məlumata görə, tərəflər Türkiyə-Moldova əlaqələrinin genişləndirilməsini və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan söhbətin gedişatında Türkiyə ilə Moldova arasındakı münasibətləri strateji tərəfdaşlıq ruhunda hərtərəfli inkişaf etdirmək əzmini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi