Ərdoğan Makronla danışıqlardan danışdı

Ərdoğan Makronla danışıqlardan danışdı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fransız həmkarı Emmanuel Makronla müvəffəqiyyətli danışıqlar aparıb.
Digər ölkələr
3 Mart , 2021 02:16
Ərdoğan Makronla danışıqlardan danışdı
Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fransız həmkarı Emmanuel Makronla müvəffəqiyyətli danışıqlar aparıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Biz fransız həmkarım Makronla çox yaxşı danışıqlar apardıq, ikitərəfli münasibətləri, regional və beynəlxalq problemləri müzakirə etdik", - Ərdoğan bildirib.

Türkiyə lideri ölkələr arasında münasibətlərin böyük potensialı olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, rəsmi Ankara Parislə o cümlədən terrorizmlə mübarizə məsələsində həmrəylik nümayiş etdirəcək.

Son xəbərlər

Orphus sistemi