Ər-Riyad saxlanılan şahzadədən azad olunması üçün 6 mlrd. dollar tələb edir

Ər-Riyad saxlanılan şahzadədən azad olunması üçün 6 mlrd. dollar tələb edir Əl-Vəlid bin Taləl isə öz şirkətinin bir hissəsini təklif edir
Digər ölkələr
23 Dekabr , 2017 22:58
Ər-Riyad saxlanılan şahzadədən azad olunması üçün 6 mlrd. dollar tələb edir

Bakı. 23 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı rəhbərliyi korrupsiya ittihamı ilə saxlanılan şahzadə Əl-Vəlid bin Taləldən azad olunması üçün 6 milyard dollar tələb edir.

“Report” xəbər verir ki, sahzadə korrupsiyaya görə saxlanılan digərləri ilə birgə Ər-Riyadda oteldədir və onun ərazisini tərk edə bilmir.

"Wall Street Journal" öz mənbələrinə istinadən yazır ki, hökumət rüşvətxorluqda ittiham olunanlardan oteli tərk etmək hüququ müqabilində müxtəlif məbləğlər tələb edir. Əl-Vəlid bin Taləldən istənilən məbləğ ən böyük məbləğlərdən biridir.

Nəşrin məlumatına görə, Əl-Vəlid bin Taləl bu pulu ödəməkdən imtina edib və bunu onun öz günahını rəsmən etiraf etmək anlamına gələcəyi və onun biznesinə zərbə vuracağı ilə izah edib.

O, bunun əvəzində Səudiyyə hakimiyyətinə azad olunmağı müqabilində 8,7 mlrd. dollar qiymətləndirilən "Kingdom Holding" konqlomeratının bir hissəsini təklif edib.

Son xəbərlər

Orphus sistemi