Yuxarı
    Bağlamaq

    ​Ər-Riyad Moskva Bəşər Əsədi dəstəkləməyəcəyi təqdirdə neft hasilatını azaltmağa hazırdır

    Gizli danışıqlar bir neçə aydır davam etsə də, nəticə əldə etmək mümkün olmayıb

    Bakı. 4 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı rəhbərliyi iqtisadi vasitələrdən istifadə etməklə Suriya prezidenti Bəşər Əsədi Rusiyanın dəstəyindən məhrum etməyə çalışır.

    Ər-Riyad Moskvanın Suriya ilə bağlı mövqeyindən imtina edəcəyi təqdirdə heft hasilatı həcmini azaltmağa hazırdır ki, bu da "qara qızıl"ın qiymətinin artmasına gətirib çıxaracaq.

    "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.

    Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı Rusiya-Səudiyyə gizli danışıqları artıq bir neçə aydır ki, davam edir, lakin hələ ki, nəticə əldə etmək mümkün olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi