Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib

Digər ölkələr
  • 27 yanvar, 2016
  • 07:05
Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Emomali Rahmon qızı Ozoda Rahmonu Prezident Aparatının rəhbəri təyin edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Tacikistan dövlət başçısının mətbuat xidməti yayıb. 

Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Yeni vəzifədə o, Baxtiyer Xudoyerzodanı əvəz edib. B.Xudoyerzodanın namizədliyi isə Mərkəzi Komissiyanın sədri vəzifəsinə irəli sürülüb. 

44 filmi