Əlcəzairin ilin sonuna kimi buğda ehtiyatı var
- 24 aprel, 2022
- 13:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Əlcəzair prezidenti Abdelmacid Tebboun ölkənin hazırkı buğda ehtiyatlarının 8 ay davam edəcəyini bildirib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Hazırda Əlcəzairin səkkiz ay davam edəcək buğda ehtiyatları var. Biz cənub və şimalda iki aydan sonra biçin kampaniyası ərəfəsindəyik”, - dövlət başçısı bildirib.
Tebbun dövlət tərəfindən kənd təsərrüfatı istehsalının stimullaşdırılması, o cümlədən, ilk növbədə, fermerlərdən taxıl və paxlalı bitkilərin alış qiymətlərinin artırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.
Onun fikrincə, beynəlxalq bazarda taxılın qiymətinin artmasının ölkəyə təsirini azaltmaq üçün milli istehsal artırılmalıdır:
“Biz Ukrayna böhranı başlamamışdan əvvəl kərə yağı və şəkərin yerli istehsalına və taxıl məhsuldarlığının hektardan 40 sentnerə çatdırılmasına diqqət yetirmişik. Biz bunun üçün ölkəni xarici böhranların nəticələrindən qorumaq üçün bu göstərişlərin icrasına nəzarət edirik”.