Ekvadorda prezidentliyə namizədin öldürülməsindən sonra fövqəladə vəziyyət elan edilib
Digər ölkələr
- 10 avqust, 2023
- 06:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekvador Prezidenti Qilyermo Lasso prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb.
Bildirilib ki, prezident 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Bununla əlaqədar ölkə üzrə silahlı qüvvələrin səfərbər edilməsi nəzərdə tutulur. Prezident bundan əlavə, üç günlük matəm haqqında fərman da imzalayıb.
Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Sağ-mərkəzçi Vilyavisensio sorğularda dördüncü yerdə qərarlaşmışdı.
Son xəbərlər
03:42
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
Region
03:04
Foto
Tbilisidə Azərbaycan panteonunda tarixi şəxsiyyətlərin məzarları qarşısında QR kodlar quraşdırılıb
Xarici siyasət
02:33
Amazon peyklərinin olduğu raket buraxılışdan dərhal sonra qəzaya uğrayıb
İKT
02:10
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
01:59
Meksika kartelləri ABŞ-nin sərhədçilərini izləmək üçün dronlardan istifadə edir
Digər ölkələr
01:45
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
Futbol
01:13
Zelenski: Kəşfiyyat Rusiyanın Ukraynaya yeni zərbələrə hazırlaşdığını bildirir
Digər ölkələr
00:40
Foto
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
Media
00:35
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
İKT