Ekvadorda ölkənin ən böyük həbsxanasının direktoru öldürülüb

Ekvadorda ölkənin ən böyük həbsxanasının direktoru öldürülüb Naməlum şəxslər Ekvadorun ən böyük həbsxanasının direktor vəzifəsini icra edən Maria İkasanı öldürüblər.
Digər ölkələr
13 Sentyabr , 2024 08:42
Ekvadorda ölkənin ən böyük həbsxanasının direktoru öldürülüb

Naməlum şəxslər Ekvadorun ən böyük həbsxanasının direktor vəzifəsini icra edən Maria İkasanı öldürüblər.

“Report” xəbər verir ki, bu barədə Quayakil şəhərinin polis idarəsi sosial şəbəkədə bildirib.

“Direktor vəzifəsini icra edən Maria İkasanın qətli ilə əlaqədar əməkdaşlarımız məsuliyyət daşıyanları müəyyən etməyə imkan verəcək araşdırmaya başlamaq üçün hadisə yerindədirlər”, – məlumatda deyilir.

“El Universo” qəzeti qeyd edir ki, naməlum şəxslər El Litoral kimi də tanınan Quayas əyalətinin 1 saylı cəzaçəkmə mərkəzinin direktorunun olduğu avtomobili atəşə tutublar. İkasa sərnişin oturacağında olub.

Son xəbərlər

Orphus sistemi