Ekvadorda etiraz aksiyalarında 10 nəfər öldürülüb, 1340 nəfər xəsarət alıb

Ekvadorda etiraz aksiyalarında 10 nəfər öldürülüb, 1340 nəfər xəsarət alıb Ekvadorda 12 gündür davam edən etiraz aksiyalarında 10 nəfər öldürülüb, 1340 nəfər xəsarət alıb.
Digər ölkələr
29 Oktyabr , 2019 04:01
Ekvadorda etiraz aksiyalarında 10 nəfər öldürülüb, 1340 nəfər xəsarət alıb

Ekvadorda 12 gündür davam edən etiraz aksiyalarında 10 nəfər öldürülüb, 1340 nəfər xəsarət alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.  

Bildirilir ki, Ekvador Ombudsmanın ofisi ölkədə subsidiyaların aradan qaldırılması əleyhinə etirazlarla bağlı insan hüquqları üzrə Beynəlxalq Amerika Komissiyasına göndərdiyi məruzədə aksiyalar zamanı 10 nəfərin öldürülməsi, 1340 nəfərin yaralanması barədə məlumat tədqim edib.

"Bizim oktyabrın 13-dək ölən, yaralanan və həbs olunanların sayı barədə tədqim etməli olduğumuz rəsmi məlumatlara görə, aksiyalar zamanı 1592 nəfər saxlanılıb. Saxlanılmaların 76%-i əsassız və qanunsuzdur. Aksiyalar zamanı 1340 nəfər yaralanıb və 10 nəfər həlak olub", - deyə ombudsman Freddi Karrion jurnalistlərə açıqlamasında bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bir çox aksiyaçılar ağır xəsarətlər alıb. Səkkiz nəfər gözünü itirib.

"Bu, onların sonradan sağlamlığının bərpası xəsarəti deyil. Dövləti maddi və qeyri-maddi cəhətdən ziyanı kompensasiya etməlidir", - deyə Karrion vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi