Ekvadorda avtobus aşıb, 9 nəfər ölüb
Digər ölkələr
- 03 sentyabr, 2024
- 17:09
Ekvadorun paytaxtı Kito yaxınlığında avtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində azı 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Kito yanğınsöndürmə idarəsi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Bu gün səhər saatlarında içərisində 35 nəfərin olduğu avtobus avtomobil yolunun Pifo-Papalyakta hissəsində aşıb. Hadisə yerinə gələn xilasedicilər 9 nəfərin öldüyünü təsdiqləyib. Yardım edilən 26 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
“El Universo” qəzeti ölənlərin hamısının ümumi sayı bir neçə min nəfər olan yerli vaorani xalqının nümayəndələri olduğunu yazıb.
Son xəbərlər
17:50
Fidan: İsrail ABŞ-İran danışıqlarını pozmaq üçün fürsət gözləyir
Region17:30
Foto
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Elm və təhsil17:14
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə17:02
ABŞ-nin Vitse-prezidenti: İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır
Digər ölkələr16:58
Pakistanın xarici işlər naziri ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
Region16:54
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi16:48
Rusiyada meşə təsərrüfatı işləri aparan helikopterlə əlaqə kəsilib
Region16:20
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
Region16:11