İsrailli ekspert: "ABŞ-dakı iğtişaşların səbəbi seçki saxtakarlığıdır"

İsrailli ekspert: "ABŞ-dakı iğtişaşların səbəbi seçki saxtakarlığıdır" “ABŞ-dakı seçkilər koronavirus epidemiyası üzündən ilk dəfə olaraq fərdi əyani qaydada yox, poçt vasitəsilə keçirilib və buna görə də videokameraların da qeydə aldığı çoxlu sayda saxtakarlıq halları olub”.
Digər ölkələr
7 Yanvar , 2021 18:13
İsrailli ekspert: ABŞ-dakı iğtişaşların səbəbi seçki saxtakarlığıdır

“ABŞ-dakı seçkilər koronavirus epidemiyası üzündən ilk dəfə olaraq fərdi əyani qaydada yox, poçt vasitəsilə keçirilib və buna görə də videokameraların da qeydə aldığı çoxlu sayda saxtakarlıq halları olub”.

Bu barədə “Report”a ABŞ paytaxtında dünənki etiraz aksiyalarını şərh edən israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

Ekspert xatırladıb ki, prezident Donald Tramp və vəkili Rudolf Culiani dəfələrlə Demokrat Partiyası fəalları tərəfindən minlərlə saxta bületen atıldığı barədə açıqlama veriblər: “Nəticədə bir çox mərhumlar, mövcud olmayan şəxslər seçkidə "səs verib". Bunu əsas götürən R.Culiani və D.Tramp Ali Məhkəmədə iddia qaldıraraq saxtakarlığa yol verildiyi ştatlardakı nəticələri ləğv etməyi tələb ediblər. Amma məhkəmə bu iddianı qəbul etmədi”.

Ekspertin sözlərinə görə, son olaraq vitse-prezident Mayk Pens Cozef Baydenin qələbəsinə dair qərarı təsdiqləməyə bilərdi, amma müəyyən səbəblərdən bunu etmədi: “Birincisi, bəzi ştatların səslərini ləğv etdirməklə bəlkə də ABŞ cəmiyyətini parçalamaq, vətəndaş qarşıdurması girdabına sürükləmək istəməyib. İkinci mümkün səbəb Demokrat Partiyasında onun barəsində ciddi arzuolunmaz dəlillərin ola bilməsidir. Üçüncü variant rədd edə bilmədiyi təklif almasıdır. Hər halda o, xeyli saxtakarlıq olduğuna baxmayaraq, Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməyərək Cozef Baydenin prezident seçilməsini bildirən qərarı təsdiqləyib”.

Ekspert xatırladıb ki, kütlənin Kapitol binasına hücumuna təkan verən amil Donald Trampın tərəfdarlarına müraciəti oldu: “Onların səslərinin oğurlandığını, seçkilərin saxtalaşdırıldığını dedi. Bundan sonra Respublikaçılar Partiyası təəssübkeşləri Konqres binasına hücum edərək azsaylı polislərin qurduqları maneəni aşıb içəri girdilər, ətrafı dağıtmağa başladılar. Amma prezident Tramp kütləni dayanmağa çağırdı. Məhz ondan sonra Konqres yenidən toplaşaraq Baydeni prezident kimi təsdiqləyə bildi”.

Son xəbərlər

Orphus sistemi