Ekspert: “BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə prosedurunun dəyişdirilməsi ehtimalı azdır”

Ekspert: “BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə prosedurunun dəyişdirilməsi ehtimalı azdır” “Hazırda BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə prosedurunun dəyişdirilməsi ehtimalı azdır”.
Digər ölkələr
19 Yanvar , 2023 13:13
Ekspert: “BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə prosedurunun dəyişdirilməsi ehtimalı azdır”

“Hazırda BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə prosedurunun dəyişdirilməsi ehtimalı azdır”.

Bunu "Report"a açıqlamasında politoloq Rövşən İbrahimov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələrin aparılmasını təklif edən Baş Assambleya yalnız müzakirə etmək və tövsiyə vermək imkanına malikdir. Lakin Təhlükəsizlik Şurası veto hüququna malik daimi nümayəndələrin - Rusiya, Fransa, ABŞ, Çin və Böyük Britaniyanın iştirakı olmadan BMT Nizamnaməsinə dəyişikik edə bilməz.

Ekspert Baş Assambleyanın mövcud olduğu dövr ərzində qəbul edilən, lakin icra olunmayan kifayət qədər çox qətnamənin olduğunu vurğulayıb.

“Məsələn, belə bir qətnamə qəbul edilib ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə tərəqqiyə kömək etməyə borcludur, çünki onların rifahı birbaşa keçmiş müstəmləkələrin resursları ilə bağlıdır, lakin heç kim indiyədək bu qətnaməyə ciddi yanaşmayıb”, - o əlavə edib.

Ekspert qeyd edib ki, adətən BMT-nin daxili mexanizmlərinin necə işlədiyi barədə tam məlumatlı olmayan şəxslər bu mövzuda spekulyasiya edirlər.

“Əgər islahatlar mümkün olsaydı, bu, “soyuq müharibə” dövründə baş verərdi”, - R.İbrahimov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri çıxışı zamanı apreldə Təhlükəsizlik Şurasında vetodan istifadə ilə bağlı müzakirələrin aparılmalı olduğunu bildirmişdi.

BMT Baş Assambleyasının 2022-ci ilin aprelində qəbul etdiyi qətnaməyə əsasən, daimi üzv dövlətlərdən hər hansı biri Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etdikdə bu orqanın iclası çağırılmalıdır.

Son xəbərlər

Orphus sistemi