Yuxarı

Əfqanıstanın şərqində 8 polis öldürülüb, 15-i yaralanıb

Məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb

Bakı. 29 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqində "Taliban" hərəkatının üzvlərinin hücumları zamanı ən azı 8 polis ölüb, 15-i yaralanıb. "Report" xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

Qəzni vilayalətinin polis təmsilçisi Əsadullah Ənsafinin sözlərinə görə, cümə günü yaraqlılar Andar və Qarabağ yaşayış məntəqələrində yerləşən polis blokpostlarına hücum çəkib. Hücumlara görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Ə.Ənsafi deyib ki, cümə günü axşam Qəzni vilayalətində Əfqanıstan ordusunun aviazərbələri nəticəsində 16 yaraqlı məhv edilib, 17 nəfər yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi