Yuxarı

Əfqanıstanın paytaxtında güclü partlayış olub

Kabildə partlayıcı qurğu yerləşdirilmiş avtomobil hökumət binalarından birinin yaxınlığında partladılıb

Bakı. 11 aprel. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. Hadisə nəticəsində azı 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat verib.

Məlumata görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil paytaxtın işgüzar rayonlarından olan Baqramidə hökumət binalarından birinin yaxınlığında partladılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi