Əfqanıstanın Cəlalabad şəhərində partlayış olub, ölənlər var

Əfqanıstanın Cəlalabad şəhərində partlayış olub, ölənlər var Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayış baş verib.
Digər ölkələr
19 Sentyabr , 2021 12:49
Əfqanıstanın Cəlalabad şəhərində partlayış olub, ölənlər var

Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayış baş verib.

"Report" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Partlayış nəticəsində iki mülki şəxs həlak olub, "Taliban"ın bir nümayəndəsi yaralanıb.

Hadisə bu gün səhər saatlarında avtovağzal ərazisində baş verib.

Bir gün əvvəl Cəlalabadda baş verən partlayış nəticəsində azı 3 nəfərin ölüb, 19 nəfərin yaralanıb.

Son xəbərlər

Orphus sistemi