Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Digər ölkələr
  • 17 yanvar, 2022
  • 20:05
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, maqnitudası 5,6 bala çatan zəlzələlərin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən təxminən 154 km şimal-şərqdə yerləşib.

2022-01-17 21:20

Əfqanıstanın qərbində yerləşən Bədğis əyalətinin Qədis qəzasında baş verən zəlzələ nəticəsində 12 nəfər ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın qubernatoru Məhəmməd Saleh Purdelin bildirib ki, həmin şəxslər yaşayış evlərinin dağılması nəticəsində dünyasını dəyişiblər.

ABŞ Geologiya Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 5,3 bal olub.