Əfqanıstanda torpaq sürüşməsi olub, ölənlər var

Əfqanıstanda torpaq sürüşməsi olub, ölənlər var Əfqanıstanda torpaq sürüşməsi olub.
Digər ölkələr
19 Aprel , 2020 17:27
Əfqanıstanda torpaq sürüşməsi olub, ölənlər var

Əfqanıstanda torpaq sürüşməsi olub.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, hadisə Qor əyalətində, Tulak rayonunda, Xoca Simin kəndində qeydə alınıb. Vilayət qubernatoru idarəsinin mətbuat katibi Arif Abır bildirib ki, təbii hadisə zamanı 8 nəfər həlak olub. Ölənlər arasında uşaq da var.

Hadisə nəticəsində üç ev tamamilə dağılıb.

Qeyd edilir ki, torpaq sürüşməsi bir neçə gündür davam edən leysan yağışlar səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi