Əfqanıstanda törədilən partlayışda 6 hərbçi ölüb

Əfqanıstanda törədilən partlayışda 6 hərbçi ölüb Əfqanıstanın şimalındakı Bəlx əyalətində kamikadze terrorçu tərəfindən partlayıcı qurğu olan avtomobili orduya məxsus dayaq məntəqəsinə tərəf sürərək partladıb.
Digər ölkələr
26 Dekabr , 2019 13:03
Əfqanıstanda törədilən partlayışda 6 hərbçi ölüb
AP

Əfqanıstanın şimalındakı Bəlx əyalətində kamikadze terrorçu tərəfindən partlayıcı qurğu olan avtomobili orduya məxsus dayaq məntəqəsinə tərəf sürərək partladıb.

“Report” AP-yə istinadən xəbər verir ki, nəticədə 6 hərbçi həlak olub, 3 əsgər isə yaralanıb. 

Müdafiə Nazirliyinin açıqlamasında hadisə ilə bağlı “Taliban” hərəkatı ittiham olunur.

Partlayışdan dərhal sonra bir dəstə üsyançı içəri soxularaq hərbçilərə silahla atəş açıblar. 

Əyalət qubernatorunun sözçüsü Münir Fərhad deyib ki, bir neçə saat davam edən atışmadan sonra silahlılar geri çəkiliblər.

Son xəbərlər

Orphus sistemi