Yuxarı
    Bağlamaq

    Əfqanıstanda terrorçu xarici hərbçilərin olduğu avtomobil karvanına hücum edib

    Onlar Qəndahar hava limanı istiqamətində hərəkət edirmiş

    Bakı. 2 avqust. REPORT.AZ/ Əfqanıstanın Qəndahar şəhəri yaxınlığında terrorçu-kamikadze xarici hərbçilərin olduğu avtomobil karvanına hücum edib.

    “Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə yerli qubernatorun mətbuat xidməti məlumat yayıb.

    Avtomobil karvanı Qəndahar hava limanı istiqamətində hərəkət edirmiş.

    Hadisə qurbanları və yaralılar barədə məlumat yayılmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi