Bakı. 9 aprel. REPORT.AZ/ Əfqanıstanın Bəlx əyalətində törədilən terror aktı nəticəsində 9 nəfər ölüb, 4 polis əməkdaşı yaralanıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, partlayıcı qurğu polis əməkdaşları qrupunun hərəkət etdiyi yolda işə düşüb.
"Taliban" terror təşkilatı polis əməkdaşları arasında 13 nəfərin öldüyünü, daha 2 nəfərin yaralandığını xəbər verib.