Yuxarı

Əfqanıstanda "Taliban" üzvü olan 20 silahlı öldürülüb

Əməliyyat ölkənin Qəndəhar əyalətinin şimalındakı Xakriz rayonunda keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Əfqanıstan xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində "Taliban" hərəkatının 20 silahlısı öldürülüb, 11-i yaralanıb.

"Report" "Tolo News" telekanalına istinadən xəbər verir ki, bunu yerli polis bildirib.

Məlumata görə, "Taliban"nın iki üzvü isə tutulub. Əməliyyat ölkənin Qəndəhar əyalətinin şimalındakı Xakriz rayonunda keçirilib.

Dinc sakinlər arasında itkinin olub-olmaması haqda məlumat yayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi