Əfqanıstanda “Taliban”la toqquşmalarda hökumət xeyli itki verib

Əfqanıstanda “Taliban”la toqquşmalarda hökumət xeyli itki verib Bakı. 12 noyabr. REPORT.AZ/ Əfqanıstanın Fərəh şəhəri yaxınlığında ötən gün təhlükəsizlik qüvvələri ilə “Taliban” dəstələri arasında buraxılış məntəqələrində bir neçə saat davam edən atışmalarda hökumət qüvvələri 50 nəfərədək, Qəzni əyalətində isə 25 nəfərədək itki verib.
Digər ölkələr
12 Noyabr , 2018 14:32
Əfqanıstanda “Taliban”la toqquşmalarda hökumət xeyli itki verib
AP
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Əfqanıstanın Fərəh şəhəri yaxınlığında ötən gün təhlükəsizlik qüvvələri ilə “Taliban” dəstələri arasında buraxılış məntəqələrində bir neçə saat davam edən atışmalarda hökumət qüvvələri 50 nəfərədək, Qəzni əyalətində isə 25 nəfərədək itki verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkənin mərkəzində “Taliban” dəstələri əksəriyyəti yerli həzərlərdən olan könüllülərə hücum edib. Bu da puştunlarla həzərələr arasında ədavətlə bağlıdır.

Yerli hakimiyyətin fikrincə, hər gün ölkə boyu “Taliban”la toqquşmalarda təhlükəsizlik qüvvələri 500 nəfərədək itki verir, bir neçə yüz nəfər də yaralanır.

Son xəbərlər

Orphus sistemi