Əfqanıstanda "Taliban"ın əsas komandirlərindən biri məhv edilib

Əfqanıstanda "Taliban"ın əsas komandirlərindən biri məhv edilib Təhlükəsizlik qüvvələri Bağlan əyalətində pusqu qurub
Digər ölkələr
23 Dekabr , 2016 12:25
Əfqanıstanda Talibanın əsas komandirlərindən biri məhv edilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Əfqanıstan Təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Bağlan əyalətində "Taliban" radikal hərəkatının əsas komandirlərindən birini məhv edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Kəşfiyyat məlumatları əsasında hərəkət edərək, təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Bağlan əyalətində pusqu qurub, nəticədə "Taliban"ın mühüm komandirlərindən biri Molla Sibqatulla öldürülüb, onun adamları qaçmağa müvəffəq olub", - Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib. 

Məlumata əsasən, Sibqatulla bir neçə il ərzində  Bağlan əyalətində terror fəaliyyətinin təşkil olunmasında iştirak edib.